Bank Of Baku

Azərbaycan Mərkəzi Bankının xalis xarici aktivləri 8%-ə yaxın artıb

Azərbaycan Mərkəzi Bankının xalis xarici aktivləri 8%-ə yaxın artıb
# 30 avqust 2019 10:33 (UTC +04:00)

Bu ilin iyul ayının sonuna Azərbaycan Mərkəzi Bankının (AMB) xalis xarici aktivləri 16 441,6 mln. manat təşkil edib ki, bu göstərici son bir ayda 155,5 mln. manat və ya 1% artıb.

AMB-dən “APA-Economics”ə verilən məlumata görə, cari ilin əvvəlindən Mərkəzi Bankın xalis xarici aktivləri 1 128,1 mln. manat və ya 7,4%, son bir ildə isə 1 176,8 mln. manat və ya 7,7% artıb.

AMB-nin xalis daxili aktivləri isə son bir ayda 202,5 mln. manat və ya 2,2%, ilin əvvəlindən 453,7 mln. manat və ya 5,2%, son bir ildə isə 1 737,4 mln. manat və ya 23,3% artaraq bu ilin iyulun sonuna 9 200,6 mln. manat təşkil edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR