Bu ilin yanvar-sentyabr aylarında isə əcnəbilər bank kartları vasitəsi ilə 836,5 mln. manatlıq əməliyyat aparıblar, bu da illik müqayisədə 2,4 dəfə çoxdur.
Bu barədə "APA-Economics" İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı"na istinadən xəbər verir.
Məlumata görə, 2021-ci ilin sentyabr ayında xarici vətəndaşların bank kartları vasitəsi ilə ölkədə apardıqları əməliyyatların həcmi 124,3 mln. manat təşkil edib, bu da 4,8 dəfə çoxdur.