Bu ilin yanvar-iyul aylarında Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən 422,9 mln. manat məbləğində sığorta haqları toplanıb, 154,6 mln. manat məbləğində sığorta ödənişləri həyata keçirilib.
“APA-Economics”in Maliyyə Bazarlarına Nəzarət Palatasına (MBNP) istinadən verdiyi məlumata görə, hesabat dövründə toplanan sığorta haqları ötən ilin ilk yeddi ayı ilə müqayisədə 37 mln. manat və ya 8% azalıb, sığorta ödənişləri isə 8,7 mln. manat və ya 6% artıb.
Könüllü sığorta bazarı üzrə haqlar 285,6 mln. manat (azalıma 14,6%), ödənişlər isə 110 mln. manat (artım 2,3%) təşkil edib. İcbari sığorta bazarı üzrə haqlar 137,3 mln. manat (artım 9,5%), ödənişlər isə 44,6 mln. manat (artım 16,1%) olub.
Cari ilin yanvar-iyul aylarında sektor üzrə məcmu sığorta haqlarının 67,5%-i könüllü, 32,5%-i isə icbari sığorta növlərinin payına düşüb. Sığorta ödənişlərinin 71,1%-i könüllü, 28,9%-i icbari sığorta növləri hesabına formalaşıb.
Qeyd edək ki, sığorta sektorundakı azalma əsasən vergi sahəsində aparılan islahatlarla əlaqədardır.