Bank Of Baku

Azərbaycanın ilkin gəlirlər balansının kəsiri 16%-ə yaxın azalıb

Azərbaycanın ilkin gəlirlər balansının kəsiri 16%-ə yaxın azalıb
# 15 sentyabr 2026 13:47 (UTC +04:00)

Bu ilin ilk 6 ayında ilkin gəlirlər balansında neft-qaz sektoru üzrə 1.4 milyard ABŞ dolları kəsir, qeyri neft-qaz sektoru üzrə isə 0.5 milyard ABŞ dolları profisit olub.

"APA-Economics" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, nəticədə ilkin gəlirlər balansında kəsir 15.8% azalaraq 0.9 milyard ABŞ dolları təşkil edib.

İlkin gəlirlər üzrə daxilolmaların və ödənişlərin ümumi dövriyyəsi 4.7 milyard ABŞ dolları olub. Bunun 59.7%-ni 2.8 milyard ABŞ dolları olmaqla Azərbaycandan qeyri-rezidentlərə ödənişlər təşkil edib. Bu məbləğin isə əsas hissəsini (2 milyard ABŞ dolları) xarici investorların payına düşən gəlirlərin repatriasiyası (o cümlədən 1.8 milyard ABŞ dolları beynəlxalq neft-qaz konsorsiumları üzrə əsasən xam neft və təbii qaz şəklində repatriasiya), qiymətli kağızlar portfeli üzrə qeyri-rezidentlərə ödənilən faizlər (114.9 milyon ABŞ dolları), xarici kreditlərdən istifadəyə görə ödənilən faizlər (242.8 milyon ABŞ dolları) və digər ödənişlər (467.8 milyon ABŞ dolları) təşkil edib.

AMB-nin məlumatında qeyd edilib ki, digər ödənişlərin böyük hissəsi (306.6 milyon ABŞ dolları) ölkə iqtisadiyyatına yenidən investisiya (Azərbaycanda qazanılan faiz gəlirlərinin ölkəyə təkrarən investisiyası) formasında daxil olduğu üçün birbaşa xarici investisiyalar maddəsində nəzərə alınıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR