Yəmənin hökumət qüvvələri Bab-əl-Məndəb boğazı yaxınlığında Zubab rayonunu husilərdən geri alıb.
“Al Jazeera” xəbər verir ki, bu barədə Yəmən ordusu məlumat yayıb.
Bildirilib ki, bununla da Bəb-əl-Məndəbə gedən təminat yolları husilər üçün bağlanıb.