Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın MDB ölkələri ilə apardığı ticarət dövriyyəsinin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 9,8% artaraq 3,237 mlrd. ABŞ dollarına çatıb.
"APA-Economics"in Dövlət Gömrük Komitəsinin dərc etdiyi hesabatı əsasında apardığı hesablamalarına görə, bu müddət ərzində ixracın həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 30,2% artaraq 1,248 mlrd. dollar, idxal isə cüzi – 0,03% artaraq 1,989 mlrd. dollar təşkil edib.
Nəticədə, cari ilin ilk doqquz ayında 741,413 mln. dollarlıq mənfi ticarət saldosu yaranıb. Bu, 2020-ci ilin analoji dövrü ilə müqayisədə 28% azdır.