Cari ilin fevral ayında qeyri-neft sektoruna aid ən çox mal ixrac edilən ölkələrin siyahısında Türkiyə (167,2 mln. dollar) birinciliyə yüksəlib.
“APA-Economics” İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin yaydığı məlumata istinadən xəbər verir ki, bu siyahıda Rusiya Federasiyası (69,6 mln. dollar) ikinci, Gürcüstan isə (40,3 mln. dollar) üçüncü olub.
2023-cü ilin fevral ayında ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında elektrik enerjisi (154,8 mln. dollar) birinci, ilkin formalı polipropilen (14 mln. dollar) ikinci və meşə fındığı (11,5 mln. dollar) üçüncü olub.