Bank Of Baku

Azərbaycanın qeyri-neft ÜDM-i 6,4% artıb

Azərbaycanın qeyri-neft ÜDM-i 6,4% artıb
# 13 dekabr 2021 13:53 (UTC +04:00)

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda real ÜDM illik müqayisədə 5,3% artıb.

"APA-Economics"in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, hesabat dövründə neft ÜDM-i 2,7%, qeyr-neft ÜDM-i isə 6,4% artıb.

Qeyd edək ki, İqtisadiyyat Nazirliyinin son proqnozuna görə, neftin bir barelinin ortaillik qiyməti 50 ABŞ dolları götürülməklə hazırlanmış makroiqtisadi proqnoz göstəricilərinə əsasən, cari ildə Azərbaycanın qeyri-neft ÜDM-i 6% artacaq.

Beynəlxalq Valyuta Fondunun son proqnozlarına görə, Azərbaycanın qeyri-neft iqtisadiyyatı bu 4,5% artacaq. 2022-ci ildə isə qeyri-neft ÜDM-in 3,5% artacağı proqnozlaşdırılır.

Xatırladaq ki, 2020-ci ildə Azərbaycanda qeyri-neft ÜDM-i 2,6% azalıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR