Bank Of Baku

Azərbaycanın Türkiyədəki kapitalının həcmi 19 mlrd. dolları ötüb

Mikayıl Cabbarov

© APA | Mikayıl Cabbarov

# 14 dekabr 2021 11:55 (UTC +04:00)

Azərbaycanın xarici ölkələrdəki investisiyaların həcminə görə Türkiyə birinci yerdədir.

"APA-Economics" xəbər verir ki, bu barədə Bakıda keçirilən Azərbaycan-Gürcüstan-Türkiyə biznes forumunda çıxış edən Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Onun sözlərinə görə, hazırda bu sərmayələrin həcmi 19 mlrd. ABŞ dollarından çoxdur.

"Azərbaycanın qeyri-neft sektoruna sərmayəçi ölkələr arasında Türkiyə öz növbəsində, birinci yerdə qərarlaşıb. Cari ildə qarşılıqlı ticarətin həcmini, həmçinin investisiya qoyuluşlarına artırılmasına yönəlmiş təşəbbüslərlə yadda qalacaq. Bu il Türkiyə şirkətləri ilə yatırımlara dair bir sıra anlaşma memorandumları imzalanıb", - deyə M. Cabbarov qeyd edib.

Xatırladaq ki, UNCTAD-ın qlobal investisiyalar üzrə hesabatına görə, Azərbaycan kapitalının xaricdəki ümumi həcmi 26,8 mlrd. dollar təşkil edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR