Bank Of Baku

Azərbaycanın xarici dövlət borcu azalıb

Azərbaycanın xarici dövlət borcu azalıb
# 30 iyul 2026 11:06 (UTC +04:00)

Bu ilin iyulun 1-nə Azərbaycanın xarici dövlət borcu 4.616,8 milyon ABŞ dolları və ya 2026-cı il üzrə 130.873,5 milyon manat (76.984,4 milyon ABŞ dolları) məbləğində proqnozlaşdırlan ÜDM-in 6 faizini təşkil edib.

"APA-Economics" bu barədə Maliyyə Nazirliyinin "2026-cı ilin I yarımili üzrə dövlət borcu və dövlət zəmanətli borca dair Statistik Bülleten"inə istinadən xəbər verir.

Xarici dövlət borcu 2026-cı ilin əvvəli ilə müqayisədə mütləq ifadədə 196,7 milyon ABŞ dolları və ya 4,1 faiz azalıb. 2026-cı ilin birinci yarımili ərzində kredit sazişləri çərçivəsində 57,1 milyon ABŞ dolları məbləğində vəsaitin istifadə edilməsi və xarici valyuta məzənnələrinin ABŞ dollarına münasibətdə zəifləməsi nəticəsində xarici dövlət borcunun ABŞ dolları ifadəsində 20,4 milyon ABŞ dolları məbləğində azalması müqabilində 233,4 milyon ABŞ dolları vaxtı çatmış əsas borc ödənişlərinin həyata keçirilməsi xarici dövlət borcunun azalmasını şərtləndirib. İyulun 1-nə xarici dövlət borcunun ÜDM-ə nisbəti 2026-cı ilin əvvəli ilə müqayisədə 0,3 faiz bəndi azalıb.

Hesabat tarixinə xarici dövlət borcunun tərkibində dəyişkən faiz dərəcəsi ilə olan öhdəliklər xarici dövlət borcunun 49,4 faizini, sabit dərəcə ilə olanlar isə 50,6 faizini təşkil edib.

Bundan əlavə, həmin tarixə xarici dövlət borcu portfelinin 35,7%-i Asiya İnkişaf Bankının, 30%-i avrobondların, 12,9%-i Dünya Bankının, 21,4%-i isə İslam İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi, Asiya İnfrastruktur və İnvestisiya Bankı və digər kreditorlardan cəlb edilmiş öhdəliklərin payına düşür.

İyulunun 1-nə ölkənin strateji valyuta ehtiyatları (Azərbaycan Respublikası Dövlət Neft Fondu və Azərbaycan Respublikasının Mərkəzi Bankı) 85,8 milyard ABŞ dolları məbləğində olmaqla xarici dövlət borcunu təqribən 18,6 dəfə üstələyir.

Büllütündə qeyd olunub ki, xarici dövlət borcunun 59,5 faizi 5 ilə qədər olan müddətdə, 34,9 faizi 5 ildən 10 ilə qədər olan müddətdə, 5,6 faizi isə 10 ildən yuxarı olan müddətdə kreditorlara qaytarılmalıdır.

Mövcud kredit müqavilələri və avrobondlar üzrə geri ödəniş qrafiklərinə uyğun olaraq xarici dövlət borcunun Orta Ödəmə Müddətinin göstəricisi 4,8 il təşkil edir.

Cari ilin iyulun 1-nə xarici dövlət borcunun valyuta tərkibi aşağıdakı kimi olub: ABŞ dolları – 86,4 faiz, avro – 6,1 faiz, XBH (Beynəlxalq Valyuta Fondunun Xüsusi Borcalma Hüquqları) – 2,9 faiz, yapon yeni – 3,1 faiz, digər valyutalar – 1,5 faiz.

Həmçinin, dövlət büdcəsi hesabına xarici borclar üzrə 290,7 milyon ABŞ dolları məbləğində əsas borc, 102,7 milyon ABŞ dolları məbləğində isə faiz borcu ödənişləri həyata keçirilib.

Xarici dövlət borcu portfelinin 30 faizini və ya 1.387,3 milyon ABŞ dolları məbləğində hissəsini beynəlxalq maliyyə bazarında ticarət olunan xarici valyuta nominallı dövlət istiqrazları (avrobondlar) təşkil edir. Borcun 59,8 faizi çoxtərəfli maliyyə institutları üzrə, 30,0 faizi avrobondlar üzrə, 10,2 faizi isə ikitərəfli maliyyə institutlarından cəlb edilmiş kreditlər üzrə öhdəliklərin payına düşür.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR