Bank Of Baku

Azərbaycanla Gürcüstanın ixrac həcmi açıqlanıb

Azərbaycanla Gürcüstanın ixrac həcmi açıqlanıb
# 19 avqust 2019 11:33 (UTC +04:00)

Cari ilin yanvar-iyul ayları ərzində Azərbaycanın Gürcüstana ixrac həcmi 334 385.5 min dollar təşkil edib.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika Ofisinin hesabatında məlumat verilib. Bİldirilib ki, bu, Gürcüstana ümumi ixracın 6,7%-ni təşkil edib.

Hesabat dövründə Gürcüstanın Azərbaycana ixracı isə 266 212,1 min dollar təşkil edib. Bu, Gürcüstanın ümumi ixracında 12,7% təşkil edib.

Yanvar-iyul ayları ərzində Azərbaycanla Gürcüstan arasında ticarət dövriyyəsi 600 597,6 min dollar təşkil edib ki, bu, Gürcüstanın ümumi ticarət dövriyyəsinin 8,5%-nə bərabər olub.

Hesabata əsasən yanvar-iyul ayları ərzində Gürcüstanın ilk onluqdakı ticarət tərəfdaşları ilə xarici ticarət dövriyyəsi bütün dövriyyənin 66,7%-nə bərabər olub. Bu, ölkənin ən böyük ticarət tərəfdaşları Türkiyə (999,6 mln dollar), Rusiya (790,2 milyon dollar) və Azərbaycan (600,6 mln dollar) olub. 
 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR