"Azəristiliktəchizat" ASC üzrə 2022-ci ildə istilik haqlarının ödəniş səviyyəsi 94,7% təşkil edib.
“APA-Economics” xəbər verir ki, bu barədə istilik mövsümünün bitməsinə həsr olunmuş brifinq zamanı "Azəristiliktəchizat" ASC-nin sədri vəzifəsini müvəqqəti icra edən İlham Mirzəliyev bildirib.
Onun sözlərinə görə, noyabrın 15-dən aprelin 1-dək əhali istehlakçı qrupu üzrə ödəniş səviyyəsi 65,2 % təşkil edib.
İlham Mirzəliyev onu da qeyd edib ki, əsas çətinliklərdən biri keçmiş qaçqın və məcburi köçkünlərin məskunlaşdıqları şəhərciklərdə istilik haqlarının ödənişi ilə bağlıdır.
"Görülən işlər nəticəsində son mövsüm ərzində keçmiş qaçqın və məcburi köçkünlərin ödəniş dinamikasında müsbət tendensiya qeydə (bir il ərzində 2%-dən 52,9%-dək artıb) alınmasına baxmayaraq əvvəlki illərdə istifadə edilən istilik və isti su xidmətlərinə görə 6652,4 min manat ödənilməmiş borc məbləği mövcuddur", - deyə İlham Mirzəliyev qeyd edib.