Bank Of Baku

“Azərkosmos”un I rübdə əldə etdiyi gəlir açıqlanıb

“Azərkosmos”un I rübdə əldə etdiyi gəlir açıqlanıb
# 28 aprel 2023 15:02 (UTC +04:00)

Cari ilin yanvar-mart aylarında “Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos)” dünyanın 40 ölkəsinə 5,4 mln. dollar dəyərində xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac edib.

"APA-Economics" xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi məlumat yayıb.

“Azərbaycan Respublikasının Kosmik Agentliyinin (Azərkosmos)” xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 80%-ni təşkil edib. 2023-cü ilin mart ayında isə “Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos)” dünyanın 39 ölkəsinə 1,8 mln. dolları dəyərində xidmət ixrac edib.

Cari ilin yanvar-mart ayları ərzində peyk telekommunikasiya və optik peyk xidmətlərinin ixracının ilk beşliyində isə 1,2 milyon ABŞ dolları ilə Birləşmiş Krallıq, 1 mln. dollar ilə Lüksemburq, 805,7 min dollar. ilə Fransa, 446 min dollar ilə BƏƏ və 252,5 min dollar ilə Almaniya qərarlaşıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR