“Azinvest İnşaat” QSC 2022-ci il üzrə maliyyə hesabatlarını açıqlayıb.
“APA-Economics” şirkətin maliyyə hesabatlarına istinadən xəbər verir ki, “Azinvest İnşaat” 2022-ci ildə 1 milyon 867,7 min manat xalis mənfəət əldə edib. 2021-ci ildə şirkət 1 milyon 159.8 min manat xalis mənfəət əldə etmişdi.
Hesabat dövründə şirkətin əsas əməliyyat gəlirləri əvvəlki illə müqayisədə 60% artaraq 25 milyon 941.4 min manat, sair əməliyyat gəlirləri isə 5.5 dəfə artaraq 169.2 min manat təşkil edib. Əsas əməliyyat xərcləri 23 milyon 775,9 min manat( əvvəlki illə müqayisədə 61.4% çox) olan şirkətin əməliyyat mənfəəti 2 milyon 334.7 min manata (əvvəlki illə müqayisədə 54.7% çox) bərabər olub.
Ötən il şirkətin cəmi aktivləri 29.6% artaraq 12 milyon 533,2 min manata, cəmi öhdəlikləri isə 23.8% artaraq 10 milyon 33.3 min manata yüksəlib.
2023-cü il yanvar ayının 1-nə “Azinvest İnşaat”ın cəmi kapitalı 2 milyon 499,8 min manat olub ki, bu rəqəm əvvəlki illə müqayisədə 60.2% çoxdur.