Bank Of Baku

“Azinvestkredit” BOKT kiçilib və zərərini artırıb - HESABAT

“Azinvestkredit” BOKT kiçilib və zərərini artırıb - HESABAT
# 25 aprel 2023 18:37 (UTC +04:00)

“Azinvestkredit” bank olmayan kredit təşkilatı(BOKT) 2021-ci il audit hesabatını açıqlayıb.

APA-Economics” “Azinvestkredit”in maliyyə hesabatına istinadən xəbər verir ki, təşkilat 2021-ci ili 60 min 747 manat xalis zərərlə başa vurub. 2020-ci ildə təşkilat 40 min 861 manat xalis zərər açıqlamışdı.

Hesabat dövründə kredit portfeli 23.6% azalaraq 376 min 320 manat, faiz gəlirləri isə 49.5% azalaraq 79 min 530 manat təşkil edib.

Bu dövrdə kredit təşkilatı kiçilib. Belə ki, “Azinvestkredit”in 2021-ci ildə aktivlərinin həcmi əvvəlki illə müqayisədə 12% azalaraq 440 min 238 manata bərabər olub.

2021-ci ili zərərlə başa vurması təşkilatın kapitalını azaldıb. 2022-ci il yanvar ayının 1-nə “Azinvestkredit”in cəmi kapitalı 13.9% azalaraq 437 min 790 manata enib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR