Bank Of Baku

“AzRe”nin uzunmüddətli rəhbər şəxslərindən biri şirkətdən ayrılıb

“AzRe”nin uzunmüddətli rəhbər şəxslərindən biri şirkətdən ayrılıb
# 07 sentyabr 2026 11:26 (UTC +04:00)

“AzRe Təkrarsığorta” ASC-nin Baş Maliyyə İnzibatçısı və İdarə Heyətinin üzvü Lalə Əfəndiyeva şirkətdən ayrılıb.

APA-Economics”in şirkətdən əldə etdiyi məlumata görə, Lalə Əfəndiyeva sentyabr ayından etibarən şirkətdəki fəaliyyətini dayandırıb.

Qeyd edək ki, Lalə Əfəndiyeva uzun illər “AzRe Təkrarsığorta”nın rəhbərliyində təmsil olunub. O, 1995-ci ildən maliyyə sektorunda fəaliyyət göstərib, 2007-ci ildə isə “AzRe Təkrarsığorta” ASC-nin İdarə Heyətinin üzvü seçilib.

Hazırda şirkətin İdarə Heyəti 3 nəfərdən - Baş İcraçı Direktor Vüsal Abbasov, sədr müavini Tural Qasımov və Baş Risk İnzibatçısı Sarxan Mikayılovdan ibarətdir.

Xatırladaq ki, “AzRe Təkrarsığorta” 2007-ci ildə yaradılıb, ölkənin yeganə təkrarsığorta şirkətidir. Onun nizamnamə kapitalı 50 milyon manatdır. Şirkətin səhmləri adları açıqlanmayan 6 fiziki şəxsə məxsusdur. “AzRe Təkrarsığorta” “Qala Sığorta” ASC-nin 100%-lik, “Qala Həyat Sığorta” ASC-nin isə 90%-lik səhmdarıdır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR