Bank Of Baku

"Bakı Fond Birjası"nın dövriyyəsi 28%-ə yaxın azalıb

"Bakı Fond Birjası"nın dövriyyəsi 28%-ə yaxın azalıb
# 05 may 2023 15:38 (UTC +04:00)

2023-cü ilin yanvar-aprel aylarında "Bakı Fond Birjası"nın (BFB) dövriyyəsi ötən ilin eyni dövrünə nisbətən 27,6% azalaraq 4 milyard 685,8 milyon manata bərabər olub.

"APA-Economics" BFB-yə istinadən xəbər verir ki, son 1 ildə bağlanmış əqdlərin sayı isə 6,75 % azalaraq 3 342-yə enib.

BFB-nin dövriyyəsinin 33,5 %-i, yaxud 1 milyard 569,53 milyon manatı dövlət qiymətli kağızlarının payına düşüb. Bu, illik müqayisədə 55,55 % azdır.

Hesabat dövründə ötən ilin müvafiq dövrü ilə müqayisədə korporativ qiymətli kağızaların ilkin bazarı üzrə ticarət həcmində 25%, korporativ qiymətli kağızların təkrar bazarı üzrə isə 39% böyümə qeydə alınıb. Repo əməliyyatları üzrə 2% artım olub. O cümlədən, ötən il ilə müqayisədə korporativ qiymətli kağızların repo əməliyyatların bazarı üzrə 14 dəfə artıb.

2023-cü ilin aprel ayının son ticarət günü üzrə Bakı Fond Birjasının kapitalizasiyası 4 milyard 377,453 milyon manat təşkil edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR