Bu ilin yanvar-iyun aylarında Bakıda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2018-ci ilin eyni dövrü ilə müqayisədə real ifadədə 1,5% artaraq 2 485,5 mln. manat olub.
“APA-Economics”in Bakı Şəhər Statistika İdarəsinə istinadən verdiyi məlumata görə, hesabat dövründə hüquqi şəxslər tərəfindən əhaliyə 1 938,1 mln. manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin 78%-ni təşkil edib.
Cari ilin ilk yarısında hüquqi şəxslər tərəfindən əhaliyə göstərilən ödənişli xidmətlərinin dəyəri illik müqayisədə 399,4 mln. manat və ya 26% artıb.