Bu ilin yanvar-iyun aylarında Bakı şəhəri üzrə əsas kapitala 3 917,2 mln. manat məbləğində, yaxud 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 12,3% az vəsait yönəldilib.
“APA-Economics”in Bakı Şəhər Statistika İdarəsinə istinadən verdiyi məlumata görə, hesabat dövründə paytaxtda əsas kapitala yönəldilmiş vəsaitin 1 941,7 mln. manatı və ya 49,6%-i bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub. Bu göstərici illik müqayisədə 903,7 mln. manat və ya 32% azalıb.