Bank Of Baku

Bakıda inflyasiya 10,1%-ə enib

Bakıda inflyasiya 10,1%-ə enib
# 07 noyabr 2023 16:03 (UTC +04:00)

2023-cü ilin yanvar-sentyabr aylarında inflyasiya 10,1% təşkil edib.

"APA-Economics" bu barədə Bakı şəhəri Statistika İdarəsinə istinadən xəbər verir. Məlumata görə, 2023-cü ilin sentyabr ayında Bakı şəhəri üzrə inflyasiya avqust ayı ilə müqayisədə 0,4% artıb.

Qeyd edilib ki, 2023-cü ilin sentyabr ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi avqust ayı ilə müqayisədə 100,8 faiz, 2023-cü ilin yanvar-sentyabr aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə isə 111,1 faiz təşkil edib.

2023-cü ilin sentyabr ayında qeyri-ərzaq məhsulları üzrə istehlak qiymətləri indeksi avqust ayı ilə müqayisədə 100,3 faiz, 2023-cü ilin yanvar-sentyabr aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə isə 109,8 faiz təşkil edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR