Bank Of Baku

Bakıda ticarət dövriyyəsinin həcmi 3,1% artıb

Bakıda ticarət dövriyyəsinin həcmi 3,1% artıb
# 28 avqust 2019 16:49 (UTC +04:00)

Bu ilin yanvar-iyul aylarında Bakının ticarət dövriyyəsinin həcmi 2018-ci ilin eyni dövrü ilə müqayisədə 3,1% artaraq 11533,2 milyon manat olub.

APA-Economics”in Bakı Şəhər Statistika İdarəsinə istinadən verdiyi məlumata görə, paytaxtın ticarət şəbəkəsində satılan ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,4% artaraq 5267,7 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 3,1% artaraq 6265,5 milyon manata bərabər olub.

İstehlak məhsullarının 27,9%-i hüquqi şəxs statuslu müəssisələrdə, 46,1%-i fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 26%-i isə paytaxtın məhsul bazarlarında satılıb.
 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR