Bu ilin yanvar-iyul aylarında Bakıda tikinti müəssisələri tərəfindən yerinə yetirilən inşaat işlərinin 65,4%-ni tikinti, yenidənqurma və genişləndirmə, 7%-ni əsaslı təmir, 5,2%-ni cari təmir, 22,4%-ni isə sair tikinti işləri təşkil edib.
“APA-Economics”in Bakı Şəhər Statistika İdarəsinə istinadən verdiyi məlumata görə, ümumi inşaat işlərinin 83,4%-ni qeyri-dövlət tikinti müəssisələri yerinə yetirib.