Bank Of Baku

Bakının ticarət dövriyyəsi 4% artıb

Bakının ticarət dövriyyəsi 4% artıb
# 03 noyabr 2021 11:27 (UTC +04:00)

Bu ilin yanvar-sentyabr aylarında Bakı üzrə ticarət dövriyyəsinin həcmi 2020-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə 3,9% artaraq 17 017,4 mln. manata çatıb.

Bakı Statistika İdarəsindən “APA-Economics”ə verilən məlumata görə, ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 4,7% artaraq 8 931,8 mln. manata, qeyri-ərzaq məhsullarının həcmi isə 3,2% artaraq 8 085,6 mln. manata bərabər olub.

İstehlak məhsullarının 36,5%-i hüquqi şəxs statuslu müəssisələrdə, 45,4%-i fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 18,1%-i isə paytaxtın məhsul bazarlarında satılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR