Bank Of Baku

Bakının ticarət dövriyyəsinin həcmi 3% artıb

Bakının ticarət dövriyyəsinin həcmi 3% artıb
# 01 avqust 2019 13:45 (UTC +04:00)

Bu ilin yanvar-iyun aylarında Bakının ticarət dövriyyəsinin həcmi 2018-ci ilin eyni dövrü ilə müqayisədə 3% artaraq 9 987,0 mln. manat olub.

APA-Economics”in Bakı Şəhər Statistika İdarəsinə istinadən verdiyi məlumata görə, hesabat dövründə Bakının ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,1% artaraq 4 617,5 mln. manata, qeyri-ərzaq məhsullarının həcmi isə 3% artaraq 5 369,5 mln. manata bərabər olub. İstehlak məhsullarının 27,1%-i hüquqi şəxs statuslu müəssisələrdə, 47,4%-i fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 25,5%-i isə paytaxtın məhsul bazarlarında satılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR