Bank Of Baku

“Bank Avrasiya” 2023-cü ilin birinci rübündə kiçilib

“Bank Avrasiya” 2023-cü ilin birinci rübündə kiçilib
# 26 aprel 2023 17:15 (UTC +04:00)

“Bank Avrasiya” 2023-cü ilin birinci rübü üzrə maliyyə hesabatlarını açıqlayıb.

APA-Economics” bankın maliyyə hesabatlarına istinadən xəbər verir ki, cari ilin ilk 3 ayında “Bank Avrasiya” 1 milyon 555 min manat xalis mənfəət əldə edib. Bu göstərici ötən ilin ilk 3 ayı ilə müqayisədə 2 dəfə və ya 792 min manat çoxdur.

Hesabat dövründə bankın xalis faiz gəlirləri 49.3% artaraq 3 milyon 224 min manat, əməliyyat mənfəəti isə 48.2% artaraq 2 milyon manat təşkil edib.

Bu dövrdə bankın kredit portfeli ötən ilin müvafiq dövrü ilə müqayisədə 10.7% artaraq 129 milyon 343 min manata bərabər olub. Eyni dövrdə bankın depozit portfeli 74 milyon 72 min manat təşkil edib. O cümlədən fiziki şəxslərin depozitləri 68 milyon 59 min manata, hüquqi şəxslərin depozitləri isə 6 milyon 12 min manata bərabər olub.

Hesabat dövründə “Bank Avrasiya”nın aktivlərinin həcmi 2022-ci ilin sonu ilə müqayisədə 2% və ya 4 milyon 374 min manat azalaraq 219 milyon 894 min manat, cəmi öhdəliklərinin həcmi isə 4% azalaraq 144 milyon 477 min manat təşkil edib.

2023-cü il aprel ayının 1-nə bankın cəmi kapitalının həcmi 75 milyon 417 min manata bərabər olub ki, bu göstərici ötən ilin sonu ilə müqayisədə 2.2% manat çoxdur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR