Bu ilin yanvar-iyul aylarında Azərbaycanda dövriyyədə olan kredit və debet kartları ilə 19,617 mlrd. manat həcmində əməliyyatlar həyata keçirilib.
"APA-Economics"in Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatları əsasında apardığı hesablamalara görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 22,4% çoxdur.
Hesabat dövründə əməliyyatların əhəmiyyətli hissəsi (18,412 mlrd. manat) debet kartları, qalan 1,204 mlrd. manatı isə kredit kartları ilə həyata keçirilib.
Debet kartları ilə aparılan əməliyyatların 95,6% ölkə daxilində, qalan 4,4%-i isə ölkə xaricində həyata keçirilib.
Kredit kartlarına gəldikdə isə, sözügedən kartlar ilə aparılan əməliyyatların 91,3% ölkə daxilində, qalan 8,7%-i isə ölkə xaricində həyata keçirilib.
Qeyd edək ki, 2021-ci ilin avqustun 1-nə Azərbaycanda dövriyyədə 8,894 mln. ədəd debet kartı və 1,244 mln. ədəd isə kredit kartı var. Beləliklə, son bir ildə debet kartlarının sayı 13,9%, kredit kartlarının sayı isə 26,3% artıb.