Bank Of Baku

Bank sektorunun xarici öhdəlikləri 19% artıb

Bank sektorunun xarici öhdəlikləri 19% artıb
# 19 aprel 2023 15:01 (UTC +04:00)

Bank sektorunun xarici öhdəlikləri ilin əvvəlinə nəzərən bu il aprelin 1-nə 18,7% və ya 390.1 mln. manat artaraq 2,152.1 mln. manata yüksəlib.

"APA-Economics" bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir. Bu göstərici ötən ilin eyni dövrünə nisbətən isə 53,5% çoxdur.

Bankların xarici öhdəliklərinin məcmu aktivlərdə payı isə ilin əvvəlindəki 19,5%-dən 28,8%-ə yüksəlib.

Mərkəzi Bank əlavə edib ki, xarici öhdəliklərdəki qeyd olunan dəyişiklik əsasən qeyri-rezident hüquqi şəxslərin qısamüddətli depozitlərinin həcmindəki artım ilə əlaqədardır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR