Bank Of Baku

Bank VTB ötən il sanksiyalara görə 8 mlrd. dollar zərər edib

Bank VTB ötən il sanksiyalara görə 8 mlrd. dollar zərər edib
# 05 aprel 2023 13:10 (UTC +04:00)

Rusiyanın ikinci ən böyük bankı VTB sanksiyalar səbəbindən ötən ili 7,73 milyard dollara yaxın zərərlə başa vurub.

"APA-Economics" xəbər verir ki, VTB 2021-ci ildə rekord mənfəət (327,4 milyard rubl) əldə etsə də, ötən ili 612,6 milyard rubl xalis zərərlə başa vurub. Bankın ehtiyat xərcləri 343,3% artaraq 514,3 milyard rubla, xalis faiz gəliri isə 50,3% azalaraq 321,0 milyard rubla çatıb.

Bankın baş direktoru Andrey Kostin itkilərini tamamilə qərbin Rusiyanın maliyyə sektoruna qarşı sanksiyaları ilə əlaqələndirib. O, kredit portfelinin 20%-dən çoxu xarici valyutada olan VTB-nin, Ukraynadakı münaqişənin ilkin mərhələlərində xüsusilə ağır zərbə aldığını açıqlayıb.

VTB-nin baş maliyyə direktoru Dmitri Pyanov isə əlavə edib ki, bu il əldə ediləcək mənfəət kapitalın bərpasına ayrılacaq və 2023-cü ilin nəticələrinə görə dividend ödənilməsi planlaşdırılmır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR