Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.
"APA-Economics"in AMB-yə istinadən verdiyi xəbərə görə, hərracda tələb 67,9 milyon ABŞ dolları təşkil edib və tam təmin edilib.
Beləliklə, sonuncu valyuta hərracında tələb əvvəlki hərracla (2 sentyabr 2021-ci il tarixində keçirilib - red.) müqayisədə 2,4% azalıb.