BFB: Azərbaycanda korporativ istiqraz bazarının proqnozlaşdırılan artım potensialı 1,5 milyard manatdır

BFB: Azərbaycanda korporativ istiqraz bazarının proqnozlaşdırılan artım potensialı 1,5 milyard manatdır
# 09 may 2024 12:56 (UTC +04:00)

Azərbaycanda korporativ istiqrazların həcmində proqnozlaşdırıla bilən artım potensialı 1,5 milyard manatdır.

"APA-Economics" xəbər verir ki, bu barədə "Bakı Fond Birjası" QSC-nin 2024-2026-cı illər üzrə Strateji İnkişaf planında qeyd edilib.

Sənədə əsasən, korporativ sektorun və yerli maliyyə sisteminin perspektivlərindən irəli gələn faydaları və bu istiqamətdə BFB-nin təmin edə biləcəyi dəstəyi əhatə edən yazılı/şifahi məlumatlandırmaların aparılması, istiqraz buraxılışı potensialı yüksək olan özəl müəssisələrinin qarşılaşdığı normativ və prosedur maneələrinin araşdırılması və həlli yollarının tapılmasında dəstək göstərilməsi nəzərdə tutulur.

Eyni zamanda, istiqraz buraxılışı prosesini başlatmış müəssisələrin maliyyələşmə ehtiyacları əsasında uğurlu emissiya nəticələrinin əldə olunması üçün müvafiq istiqamətləndirmələr və məsləhətlər veriləcək (bazar iştirakçılarına münasibətdə bitərəflik və şəffaflıq prinsiplərinin pozulmaması nəzərə alınmaqla), istiqrazların kupon dərəcələrinin adekvat dərəcədə müəyyən edilməsində və tələb olunan qayda və prosedurlara əməl olunmasında DM-lərə lazımi kömək göstəriləcək.

Həmçinin istiqraz buraxılışını həyata keçirmiş özəl müəssisələrə davamlı dəstəyin verilməsi və normativ məlumat açıqlamalarının hazırlanmasında, eləcə də əlavə emissiya/uzadılmaların planlaşdırılmasında dəstəyin göstərilməsi, proqram fəaliyyətininin izlənilməsi, maraqlı tərəflərdən rəy toplanması və gələcək buraxılışlar üçün toplanan təcrübənin sənədləşdirilməsi nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR