Bank Of Baku

BFB-də Mərkəzi Bankın 100 mln. manatlıq notları yerləşdirilib

BFB-də Mərkəzi Bankın 100 mln. manatlıq notları yerləşdirilib
# 31 iyul 2019 17:36 (UTC +04:00)

Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının (AMB) 50101476S dövlət qeydiyyat nömrəli, 100 mln manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dən "APA-Economics"ə verilən məlumata görə, AMB-də istiqrazların yerləşdirilməsi üzrə keçirilən  hərrac zamanı 16 investor tərəfindən qiyməti 99,5158 AZN (6,26%) olan 23 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 652 992 000 AZN olub.

Qeyd edək ki, AMB-nin qərarına əsasən, notların kəsmə qiyməti 99,5158 AZN (6,26%), orta ölçülmüş qiyməti 99,5158 AZN (6,26%) müəyyən edilib. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 100 mln. AZN təşkil edib.

Notların ödəmə tarixi 28 avqust 2019-cu ildir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR