Bakı Fond Birjasında (BFB) 2023-cü ilin yanvar-oktyabr ayları ərzində qiymətli kağızlar üzrə keçirilən əməliyyatların ümumi həcmi 19 mlrd. 452 mln. 794,8 min manat təşkil edib. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 86% çoxdur.
"APA-Economics" bu barədə BFB-yə istinadən xəbər verir. Qeyd edilib ki, nəticədə ötən ilin müvafiq dövrü ilə müqayisədə korporativ qiymətli kağızların ilkin bazarı üzrə ticarət həcmində 21%, korporativ qiymətli kağızların təkrar bazarı üzrə isə 18% böyümə qeydə alınıb, repo əməliyyatları üzrə 195% artım olub. O cümlədən, ötən il ilə müqayisədə korporativ qiymətli kağızların repo əməliyyatların bazarı üzrə 9 dəfəyə yaxın artım qeydə alınıb.
Əlavə edilib ki, 2023-cü ilin oktyabr ayının son ticarət günü üzrə səhm bazar kapitalizasiyası 5 mlrd. 904,1 min manat təşkil edib və ötən ilin son ticarət günü ilə müqayisədə 22% böyümə qeydə alınıb.