Bakı Fond Birjasının keçmiş sədri Eldar Abdullayev “CPM-Invest Investisiya Şirkəti” ASC-nin Müşahidə Şurasına sədr təyin edilib.
"APA-Economics" bu barədə investisiya şirkətinə istinadən xəbər verir. Məlumata görə, bu təyinat investisiya şirkətinin səhmdarlarının qərarı ilə baş tutub.
Eldar Abdullayev bu vəzifədə Xəyal İsmayılovu əvəzləyib. Xəyal İsmayılov MŞ-nin yeni üzvü seçilib. Xəqani Hüseynov isə MŞ-nin üzvlüyündən kənarlaşıb.
Xatırladaq ki, “CPM-Invest İ.Ş.” 2021-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 400 min manat, 100.00% səhmdarı isə Kəmalə Məmmədovadır.