Bank olmayan kredit təşkilatlarının (BOKT) fəaliyyət dairəsi genişləndirilir.
APA-nın xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Bank olmayan kredit təşkilatları haqqında” qanuna təklif olunan dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, BOKT-lar ödəniş agenti xidməti göstərə biləcək.
Layihə səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.