Bank Of Baku

BOKT-ların aktivləri 33%-dən çox artıb

BOKT-ların aktivləri 33%-dən çox artıb
# 29 oktyabr 2022 10:40 (UTC +04:00)

2022-ci ilin yanvar-sentyabr aylarını bank olmayan kredit təşkilatlarının xalis mənfəəti ötən ilin eyni dövrünə nisbətən 4,2 dəfə artaraq (BOKT) 23,7 milyon manata yüksəlib.

"APA-Economics" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu dövrdə BOKT-ların gəlirləri 34,3% artaraq 83,2 milyon manata, xərcləri isə 28,4% artaraq 55,1 milyon manata çatıb. BOKT-ın xüsusi ehtiyatlara ayırmaları 79% azalaraq 2,5 milyon manat, mənfəət vergisi ödəmələri isə 26,6% artaraq 1,9 milyon manat təşkil edib.

2022-ci ilin oktyabrın 1-nə BOKT-ların aktivləri 33,3% böyüyərək 478,3 milyon manat, o cümlədən kredit portfeli 41,6% böyüyərək 365,4 milyon manata yüksəlib.

Bu dövrdə BOKT-ların öhdəlikləri 273,9 milyon manata (31% çox), balans kapitalı 204,4 milyon manat (isə 36,3 % çox) təşkil edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR