Bank Of Baku

Britaniyada inflyasiya onillik maksimuma çatıb

Britaniyada inflyasiya onillik maksimuma çatıb
# 15 dekabr 2021 11:46 (UTC +04:00)

Noyabrda Böyük Britaniyada illik inflyasiya 2011-ci ilin sentyabrından bu yana rekord həddə – 5,1%-ə yüksəlib. Oktyabrda ölkədə inflyasiya 4,2% səviyyəsində olub.

"APA-Economics"in məlumatına görə, bu barədə Milli Statistika İdarəsinin (Office for National Statistics – ONS) açıqlamasında deyilir.

Qeyd olunur ki, noyabrda istehlak qiymətləri oktyabrda 1,1% artdıqdan sonra 0,7% artıb.

"DailyFX" portalının sorğusuna qatılan analitiklər illik inflyasiyanı 4,7%, aylıq isə 0,4% səviyyəsində olacağını gözləyirdi. İllik göstərici, statistika bürosunun məlumatına görə, son 10 ildə rekord həddə çatıb.

Eyni zamanda, CPIH indeksi (mənzil sahiblərinin mənzilin saxlanması üçün xərcləri nəzərə alınmaqla inflyasiya) bir ay əvvəlki 3,8%-dən sonra noyabrda 4,6% təşkil edib. Ay ərzində bu indeks üzrə qiymətlər oktyabrda 0,9% artdıqdan sonra 0,6% artıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR