Paşha Bank
Bank Of Baku

BSTDB: Orta Dəhliz üzrə ümumi investisiya çatışmazlığı 30-35 mlrd. ABŞ dollarıdır

Qara Dəniz Ticarət və İnkişaf Bankının (BSTDB) Bankçılıq üzrə vitse-prezidenti Ziya Əliyev

© APA | Qara Dəniz Ticarət və İnkişaf Bankının (BSTDB) Bankçılıq üzrə vitse-prezidenti Ziya Əliyev

# 25 sentyabr 2026 16:15 (UTC +04:00)

Orta Dəhlizin inkişafı üçün ilkin qiymətləndirmələrə əsasən, ümumi investisiya çatışmazlığı 30-35 milyard ABŞ dolları təşkil edir.

APA xəbər verir ki, bunu Qara Dəniz Ticarət və İnkişaf Bankının (BSTDB) Bankçılıq üzrə vitse-prezidenti Ziya Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən “Azərbaycan Cənubi Qafqaz–Mərkəzi Asiya strateji tərəfdaşlıqlarının mərkəzində: Regional əməkdaşlığın əsas hərəkətverici qüvvəsi” adlı panel müzakirədə deyib

O bildirib ki, region hökumətləri və kapital bazarı institutlarının bu investisiya boşluğunu tam aradan qaldırmaq imkanları məhduddur: “Bu baxımdan beynəlxalq maliyyə institutlarının və çoxtərəfli inkişaf banklarının prosesə cəlb edilməsi vacibdir”.

Ziya Əliyev qeyd edib ki, Azərbaycanın bu baxımdan iki mühüm üstünlüyü var: “Bunlardan biri ölkənin güclü maliyyə göstəriciləri və böyük həcmdə beynəlxalq valyuta ehtiyatlarının olmasıdır. Digər üstünlük isə dövlət müəssisələrində son 5-6 il ərzində aparılan islahatlarla bağlıdır. Bir çox dövlət müəssisəsi daha məhsuldar, innovativ, gəlirli və şəffaf fəaliyyət göstərməyə başlayıb. Bu amillər dövlət müəssisələrinə beynəlxalq maliyyə institutları və çoxtərəfli inkişaf bankları üçün cəlbedici layihələr hazırlamaq və həyata keçirmək imkanı verir. Beynəlxalq maliyyə qurumunun nümayəndəsi bildirib ki, hazırda onların Azərbaycandakı portfelində ümumi dəyəri 500 milyon ABŞ dolları olan 15 layihə var. Artıq enerji sektorunun inkişafı, nəqliyyat, istehsal və mədənçilik sahələrində bir sıra layihələri təsdiqləmişik”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR