“BTB Kapital İnvestisiya Şirkəti” 2022-ci üzrə maliyyə hesabatlarını açıqlayıb.
“APA-Economics” şirkətin maliyyə hesabatlarına istinadən xəbər verir ki, 2022-ci ildə şirkətin xalis mənfəəti 2021-ci illə müqayisədə 17.3% azalaraq 99 min manat təşkil edib. 2021-ci ildə şirkət 119.7 min manat xalis mənfəət əldə etmişdi.
Hesabat dövründə əməliyyat gəlirləri 891.5 min manat(illik müqayisədə 19.8% az) , əməliyyat xərcləri 836.8 min manat ( illik müqayisədə 15.4% az) olan şirkətin əməliyyat mənfəəti 54.7 min manat (illik müqayisədə 2.3 dəfə az) təşkil edib.
Ötən il şirkətin faiz gəlirləridə 2021-ci ilə müqayisədə 35.6% azalaraq 78.8 min manata bərabər olub. 2022-ci ildə şirkətin mənfəət vergisi ödəməsi 24.1 min manata bərabər olub.
2022-ci də “BTB Kapital İnvestisiya Şirkəti”nin cəmi aktivləri 4.9% artaraq 3 milyon 754.4 min manat, cəmi öhdəlikləri isə 3.3% artaraq 2 milyon 370.2 min manat təşkil edib.
2023-cü il yanvar ayının 1-nə İnvestisiya şirkətinin cəmi kapitalı 1 milyon 384.3 min manat olub ki, buda əvvəlki illə müqayisədə 7.7% çoxdur.