Bank Of Baku

Bu il ABB xalis mənfəətini 2 dəfə artırıb

Bu il ABB xalis mənfəətini 2 dəfə artırıb
# 19 aprel 2023 13:25 (UTC +04:00)

“Azərbaycan Beynəlxalq Bankı” 2023-cü ilin 1-ci rübü üzrə maliyyə hesabatlarını açıqlayıb.

APA-Economics” bankın maliyyə hesabatlarına istinadən xəbər verir ki, 2023-cü ilin birinci rübündə “Azərbaycan Beynəlxalq Bankı”nın xalis mənfəəti 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfə və ya 41 milyon 185 min manat artaraq 80 milyon 402 min manat təşkil edib.

2023-cü ilin yanvar-mart aylarında bankın xalis faiz gəlirləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 55% artaraq 158 milyon 658 min manata, qeyri-faiz gəlirləri isə 25% artaraq 38 milyon 297 min manata yüksəlib.

Hesabat dövründə bankın müştərilərə verdiyi kreditlərin həcmi 9.7% artaraq 3 milyard 594,8 milyon manat təşkil edib. Bu dövrdə bankın istehlak kreditləri 1 milyard 47.5 milyon manat(illik müqayisədə 26% çox), biznes kreditləri 1 milyard 573,5 milyon manat (illik müqayisədə 6.6% az), daşınmaz əmlak kreditlərinin həcmi isə 973 milyon 683 min manat (illik müqayisədə 27.7% çox) təşkil edib.

2023-cü ilin ilk 3 ayında bankın ümumi depozit portfeli ötən ilin ilk 3 ayı ilə müqayisədə 1.3% və ya 100 milyon manat azalaraq 8 milyard 737 milyon manat təşkil edib. Eyni dövrdə fiziki şəxslərin depozitləri 1 milyard 882,2 milyon manat( illik müqayisədə 23.9% çox), hüquqi şəxslərin depozitləri isə 6 milyard 854,7 milyon manat (illik müqayisədə 6.3% az) təşkil edib.

2023-cü 1-ci rübündə “Azərbaycan Beynəlxalq Bankı”nın cəmi aktivləri illik müqayisədə 0.7% və ya 85 milyon 545 min manat azalaraq 11 milyard 649.8 milyon manata bərabər olub. Öhdəliklərinin həcmi isə 3.2% azalaraq 9 milyard 851.1 milyon manat təşkil edib.

2023-cü il aprel ayının 1-nə “Azərbaycan Beynəlxalq Bankı”nın cəmi kapitalı 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 16% artaraq 1 milyard 713.2 milyon manat təşkil edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR