Bank Of Baku

Bu il Bakıda keçiriləcək Fintex sammitinin vaxtı açıqlanıb

Bu il Bakıda keçiriləcək Fintex sammitinin vaxtı açıqlanıb
# 09 fevral 2024 15:05 (UTC +04:00)

Bu il may ayının 15-16-da Bakıda "Visa" beynəlxalq kart təşkilatı ilə əməkdaşlıq çərçivəsində "Fintex Sammit - 2024" (Maliyyə və Texnologiyalar Sərgisi) tədbiri keçiriləcək.

"APA-Economics” Azərbaycan Banklar Asossiyasiyasına (ABA) istinadən xəbər verir ki, Sammit “Bank və Maliyyə Ekosistemində Yeni Trendlər: İnnovativ Həllər, FinTex və Təhlükəsizlik” mövzusunda keçiriləcək.

Qeyd edək ki, FINTEX SAMMİT Azərbaycandakı bütün bank rəhbərlərinin iştirak etdiyi yeganə maliyyə-bank tədbiridir. Sammit tənzimləyici orqan, banklar, fintexlər, assosiasiyalar, beynəlxalq maliyyə təşkilatları, yerli səfirliklər, akademik dairələr, tanınmış şirkətlərin rəhbər nümayəndələrini, qərar qəbuledicilər və influenserləri bir araya gətirir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR