“Cari ildə ölkədə iqtisadi artımın gücləndirilməsi üçün hökumətin dəstəyi mühüm amillərdən biri olub”.
APA-nın məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
Nazir bildirib ki, 108 minədək fərdi sahibkara 113 milyon manatdan çox maliyyə dəstəyi göstərilib: “Heç şübhəsiz ki, ötən il və bu il pandemiya ilə bağlı olan dəstək paketi bu il müşahidə etdiyimiz iqtisadi artımın sürətləndirilməsinə öz müsbət təsirini göstərib. Artıq həm əlavə gəlirlərin əldə edilməsi, həm qeyri-neft ixracının artımı imkan verəcək ki, 2021-ci ildə Dövlət Neft Fondundan nəzərdə tutulan transfertin məbləği proqnozdan az istifadə edilsin”
Nazir xüsusilə vurğulayıb ki, özəl sektordan daxlolmaların sürəti daha yüksəkdir: “Bunun ümumi daxilolmalarda çəkisi 57 %-ə çatıb. İqtisadi artımın sürətlənməsi ilə yanaşı vergidən yayınma ilə mübarizə də vergi daxilolmalarının proqnozdan çox olmasına səbəb olub. İqtisadiyyatda dövriyyələrin şəffaflaşdırılması prosesi davam edir. Ticarət sferasında dövriyyələrin leqallaşdırılması prosesi də gedir və bu sahədə də rəqabətli sistem qurulub. “ƏDV-ni geri al” layihəsi çərçivəsində 120 milyon manata yaxın vəsait qaytarılıb və bu xidmətdən 1,6 milyon manata yaxın insan faydalanmaqdadır”.
Bu il Dövlət Neft Fondundan büdcəyə transfert proqnozlaşdırılan məbləğdən az olacaq
© APA | Mikayıl Cabbarov, iqtisadiyyat naziri
10 noyabr 2021 12:04 (UTC +04:00)
Maliyyə
ABB-nin komandası turnirin qalibi oldu!
15:12
4 iyun 2024
Kapital Bank gənclərin təhsilinə və inkişafına dəstək verməyə davam edir
14:27
4 iyun 2024
“PSG Kapital İnvestisiya Şirkəti”nin xalis mənfəəti 35% azalıb - Hesabat
14:17
4 iyun 2024
Azərbaycanda daşınar əmlakın yüklülüyü üzrə ən çox istifadə olunan kateqoriyalar bilinib
12:38
4 iyun 2024