Cari ilin yanvar-mart aylarında Naxçıvan Muxtar Respublikasında nağdsız əməliyyatların həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,8 dəfə artıb.
"APA-Economics" İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin yaydığı məlumata istinadən xəbər verir ki, cari ilin 3 ayı ərzində kartlar vasitəsilə həyata keçirilən nağdsız ödənişlərin 17,4 mln. manatı POS-terminalların, 93,3 mln. manatı isə internet və digər ödəniş vasitələrinin payına düşüb.