“Rabitəbank” 2023-cü ilin 1-ci rübü üzrə maliyyə hesabatlarını açıqlayıb.
“APA-Economics” bankın maliyyə hesabatlarına istinadən xəbər verir ki, 2023-cü ilin birinci rübündə “Rabitəbank”ın xalis mənfəəti 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 0.11% və ya 6 min manat artaraq 5 milyon 79 min manat təşkil edib.
2023 -cü ilin yanvar-mart aylarında bankın xalis faiz gəlirləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 27.5% artaraq 13 milyon 978 min manata, qeyri-faiz gəlirləri isə 5.4% artaraq 10 milyon 601 min manata yüksəlib.
Hesabat dövründə bankın müştərilərə verdiyi kreditlərin həcmi 25.8% artaraq 632 milyon 927 min manat təşkil edib. Bu dövrdə bankın istehlak kreditləri 215 milyon 555 min manat(illik müqayisədə 32.3% çox), biznes kreditləri 312 milyon 193 min manat (illik müqayisədə 20.2% çox) , daşınmaz əmlak kreditlərinin həcmi isə 105 milyon 179 min manat (illik müqayisədə 20.2% çox) təşkil edib.
2023-cü ilin ilk 3 ayında bankın ümumi depozit portfeli ötən ilin ilk 3 ayı ilə müqayisədə 8.7% və ya 52 milyon 549 min azalaraq 549 milyon 456 min manat təşkil edib. Eyni dövrdə fiziki şəxslərin depozitləri 325 milyon 389 min manat ( illik müqayisədə 36.2% çox) hüquqi şəxslərin depozitləri isə 224 milyon 68 min manat (illik müqayisədə 38.3% az) təşkil edib.
2023-cü 1-ci rübündə “Rabitəbank”ın cəmi aktivləri 2.4% və ya 21 milyon 601 min manat artaraq 924 milyon 384 min manata yüksəlib. Öhdəliklərinin həcmi isə 2.3% artaraq 817 milyon 277 min manat təşkil edib.
2023-cü il aprel ayının 1-nə “Rabitəbank”ın cəmi kapitalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 2.8% artaraq 107 milyon 107 min manat təşkil edib.