2021-ci ilin yanvar-iyul aylarında Azərbaycandakı banklar 408,9 mln. manat xalis mənfəət əldə edib.
"APA-Economics"in Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən verdiyi məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 4,5% azalıb.
Bank sektorunun əməliyyat mənfəəti isə 574,7 mln. manata bərabər olub ki, bu da illik müqayisədə 13,3% çoxdur.
Qeyd edək ki, ilin ilk yeddi ayında ölkədəki bankların xalis faiz gəliri 858,2 mln. manat təşkil edib ki, bu da illik müqayisədə 8,5% çoxdur.