Bank Of Baku

Büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalar proqnoza qarşı 3.6% az icra olunub

Büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalar proqnoza qarşı 3.6% az icra olunub
# 24 may 2023 11:17 (UTC +04:00)

2022-ci ildə büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalar üzrə 834 milyon manat proqnoza qarşı icra 804,1 milyon manat, və ya 29,9 milyon manat (3,6%) az icra olunub.

APA-Economics” xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrasına dair illik hesabatda bildirilib.

Bu göstərici 2021-ci illə müqayisədə isə 191,2 milyon manat və ya 31,2% çox olub.

Qeyd edək ki, proqnozun kəsirlə icrasına səbəb ödənişli xidmətlərdən istifadənin, həmçinin maliyyə sanksiyaları üzrə daxilolmaların az olması, eyni zamanda iqtisadi təsnifatın hər bir bölməsi üzrə nəzərdə tutulmuş gözlənilən ehtiyat proqnoz göstəricilərinin icra edilməməsi ilə əlaqədar bəzi təşkilatlar üzrə proqnozun tam icra edilməməsi ilə izah olunur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR