Büdcədən Naxçıvan MR-ə dotasiya 7 mln. manata yaxın azaldılıb

Büdcədən Naxçıvan MR-ə dotasiya 7 mln. manata yaxın azaldılıb
# 24 may 2024 23:02 (UTC +04:00)

Ölkə daxilində istehsal edilən və qiymətləri tənzimlənən yanacağın daşıyıcılar tərəfindən Naxçıvan Muxtar Respublikasına çatdırılması məqsədilə çəkilən əlavə xərclərin qarşılanması üçün nəzərdə tutulmuş 6,8 milyon manat vəsait Muxtar Respublikanın büdcəsindən çıxarılaraq dövlət büdcəsinin mərkəzləşdirilmiş xərcləri vasitəsilə təmin olunacaqdır.

Bu barədə “APA-Economics” Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Qeyd edilib ki, bu səbəbdən dövlət büdcəsindən Muxtar Respublikanın büdcəsinə verilən dotasiyanın məbləği 6,8 milyon manat azaldılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR