BVF Azərbaycanın daxil olduğu regionun iqtisadi artım proqnozunu açıqlayıb

BVF Azərbaycanın daxil olduğu regionun iqtisadi artım proqnozunu açıqlayıb
# 30 yanvar 2024 18:12 (UTC +04:00)

Beynəlxalq Valyuta Fondu (BVF) Azərbaycanın da daxil olduğu Orta Şərq və Mərkəzi Asiya ölkələri üzrə iqtisadi artım proqnozunu açıqlayıb.

"APA-Economics" xəbər verir ki, Fond sözügedən ölkələrdə iqtisadi artımın 2023-cü ildəki 2%-dən 2024-cü ildə 2,9%-ə və 2025-ci ildə isə 4,2%-ə yüksələcəyini proqnozlaşdırıb. Bu BVF-nin 2023-cü ilin oktyabr proqnozu ilə müqayisədə müvafiq olaraq 0,5 faiz bəndi az və 0,3 faiz bəndi çoxdur.

BVF həmçinin, qlobal iqtisadi artımın 2024-cü ildə 3,1 faiz və 2025-ci ildə 3,2 faiz olacağı proqnozlaşdırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR