“CPM-İnvest İnvestisiya Şirkəti” 2022-ci üzrə maliyyə hesabatlarını açıqlayıb.
“APA-Economics” şirkətin maliyyə hesabatlarına istinadən xəbər verir ki, 2022-ci ildə “CPM-İnvest İnvestisiya Şirkəti”nin xalis mənfəəti 2021-ci illə müqayisədə 2,9 dəfə artaraq 1 milyon 260.7 min manat təşkil edib. 2021-ci ildə şirkət 433.1 min manat xalis mənfəət əldə etmişdi.
Hesabat dövründə şirkətin ümumi gəlirləri 2021-ci illə müqayisədə 2,4 dəfə artaraq 2 milyon 439.5 min manat, inzibati xərcləri isə 72.2% artaraq 863.6 min manat təşkil edib. Bu dövrdə şirkətin əməliyyat mənfəəti 1 milyon 575.8 min manata bərabər olub ki, bu da ötən illə müqayisədə 2.9 dəfə çoxdur.
2022-ci ildə şirkətin cəmi aktivləri 8 dəfə artaraq 17 milyon 80.9 min manat, cəmi öhdəlikləri isə 11.4 dəfə artaraq 15 milyon 100.2 min manata bərabər olub.
2023-cü ilin yanvar ayının 1-nə “CPM-İnvest İnvestisiya Şirkəti”nin cəmi kapitalı 1 milyon 980.7 min manat olub ki, bu da əvvvəlki illə müqayisədə 2.4 dəfə çoxdur.
Qeyd edək ki, “CPM-İnvest İnvestisiya Şirkəti”nin səhmlərinin 100%-i Məmmədova Kəmalə Qələndər qızına məxsusdur.