Bank Of Baku

Dağ-mədən ayırması statusunun verilməsinə görə dövlət rüsumu tutulacaq

Dağ-mədən ayırması statusunun verilməsinə görə dövlət rüsumu tutulacaq
# 01 noyabr 2021 12:03 (UTC +04:00)

Dağ-mədən ayırması statusunun və geoloji ayırma statusunun verilməsinə görə dövlət rüsumu tutulacaq.
APA-nın məlumatına görə, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Dövlət rüsumu haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Rüsumun məbləği “Dövlət rüsumu haqqında” qanunla müəyyən edilmiş məbləğdə olacaq. “Dövlət rüsumu haqqında” qanuna əlavə edilən yeni - 18.72-ci maddəyə əsasən, yerin təki sahəsində faydalı qazıntıların çıxarılması, faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan yeraltı qurğuların tikmək və istismar etmək məqsədilə dağ-mədən ayırması statusunun verilməsinə görə 50 manat dövlət rüsumu tutulacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR