Daha bir sığorta brokeri Azərbaycan Sığortaçılar Assosiasiyasına (ASA) üzv seçilib.
ASA-dan "APA-Economics"ə verilən məlumata görə, “Liman Sığorta və Təkrarsığorta Brokeri” şirkətinin Azərbaycan Sığortaçılar Assosiasiyasına üzvlüklə bağlı ünvanladığı müraciət müsbət qiymətləndirilib və adı çəkilən şirkət ASA-nın üzvlüyünə qəbul edilib.
Broker şirkət ASA-ya üzv olmaqla Assosiasiyanın komitə iclaslarında və həyata keçirilən genişmiqyaslı layihələrdə iştirak edəcək, bununla yanaşı fəaliyyətinin stimullaşdırılmasında ASA-nın imkanlarından istifadə edə biləcək.
ASA-dan bildirilib ki, hazırda daha 3 sığorta brokeri şirkətinin Assosiasiyaya üzvlüklə bağlı müraciətinə baxılır.